 |
"Hüquqi
Yardım"
İctimai
Birliyi
"Legal Help" Public
Union
|
|
Ünvan
:
Azərbaycan Respublikası, AZ 4200, Lənkəran
şəhəri, T. İsmayılov küç 8.
Tel/faks
: (994171) 5 02 73 Mob : (99450) 314
60 42
E-mail : huquq2003@rambler.ru
|
|
|
"Maraqlı Tərəflərin görüşü" problemlərin həlli
isitiqamətində atılmış bir addımdır

Counterpart İnternational
təşkilatı, tərəfdaşları Urban İnstitutu,
Qeyri-Komersiya Hüququ üzrə Beynəlxalq Mərkəzi
və 9 YQHT-lərdən biri olan "Hüquqi Yardım"
İB-ilə birlikdə ABŞ-ın Beynəlxalq İnkişaf
Agentliyinin Vətəndaş Cəmiyyəti Layihəsi
çərçivəsində 2006-cı il sentyabrın 19-da Maraqlı
Tərəflərin görüşü keçirilmişdir. Bir gün davam
edən tədbirdə 60-dan yuxarı hökumət, bələdiyyə,
qeyri hökumət, biznes, icma əsaslı təşkilatlar
və media nümayəndələri iştirak etmişlər.
İştirakçılar Azərbaycanın cənub regionunda olan
sosial-iqtisadi problemləri müəyyənləşdirmişlər.
Görüşdə regional problemlərlə yanaşı
iştirakçılar ölkə miqyaslı problemləri də
müzakirə etmişlər. Nəticədə görüşün yekununda
15 regional və 14 ümummilli problemlər müəyyən
edilmişdir.
more
"Hüquqi Yardım" İctimai
Birliyi pulsuz hüquqi yardım göstərir
"Hüquqi
Yardım" İctimai Birliyi 2003-cü ildən fəaliyyətə
başlamış və əsas misiyası Azərbaycanda
demokratik, hüquqi dövlətin bərqərar olmasına,
vətəndaş cəmiyyətinin formalaşmasına nail olmaq,
insan hüquq və azadlıqlarının qorunmasına yardım
göstərməkdir. Təşkilatın əsas vəzifəsi isə
demokratik dəyərlərin təbliğ edilməsinə,
əhalinin siyasi və hüquqi biliklərinin
artırılmasına, və, insanların hüquqi
maarifləndirilməsidir. Təşkilatın əsas vəzifəsi
isə demokratik dəyərlərin təbliğ edilməsinə,
əhalinin siyasi və hüquqi biliklərinin
artırılmasına, və, insanların hüquqi
maarifləndirilməsidir.
more
Yeni kitabının təqdimat
mərasimi keçirilmişdir
ABŞ-ın
Milli Demokratiyaya Dəstək Fondunun (NED) qismən
maliyyə dəstəyi ilə həyata keçirilən «Lənkəran
rayonunda işçilərə, işəgöterənlərə və həmkarlar
ittifaqları təşkilatlarına Azərbaycan
Respublikası Əmək qanunvericiliyi sahəsində
hüquqi yardım göstərilməsi sahəsində hüquq
mərkəzinin yaradılması » layihə çərçivəsində
nəşr edilən «Azərbaycan RespublikasıƏmək
qanunvericiliyinə dair Bələdçi » kitabının
təqdimat mərasimi keçirilmişdir.
more
|