"HÜQUQİ YARDIM"

ictimai birlik

 

Hüquq ədalətin təntənəsinə çevriləndə güclü olur!

 
     

Əsas menyu

   Ana səhifə
 
 Haqqımızda
   Layihələr
 
 Qanunlar
 
 Uğur hekayələri
 
 Tərəfdaşlar
 
 Xəbərlər
 
 Nəşrlər
 
 Galeyera
   Əlaqə
 

Faydalı linklər


 

 

Sayğac


Locations of visitors to this page

 
 
 

Mətbuat üçün açıqlama

 
  “Bələdiyyələr və bələdiyyə seçkilərinə dair Bələdçi” kitabının təqdimat mərasimi keçirilmişdir

5 dekabr 2009-cu ildə “Hüququ Yardım” ictimai birliyinin Lənkəran şəhərində yerləşən ofisində Milli Demokratiyaya Dəstək Fondunun maliyyə yardımı ilə həyata keçirilən “ Seçkilər və İnsan hüquqları” layihəsi çərçivəsində nəşr edilən “Bələdiyyələr və bələdiyyə seçkilərinə dair Bələdçi” kitabının təqdimat mərasimi keçirilmişdir.
Kitab 4 fəsildən ibarət olmaqla 185 səhifə həcmindədir. Kèòàá Azərbaycan Respublikasında bu ilin sonunda keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkilərinə və habelə yerli bələdiyyə orqanlarının yaradılması, inkişafı tarixinə, onların fəaliyyətinə və quruluşuna
həsr olunub. ardı

 

 
  “Hüquqi Yardım” İctimai Birliyinin növbəti  nəşri: “Bələdiyyələr və bələdiyyə seçkilərinə dair Bələdçi” kitabı çapdan çıxmışdır

“Hüquqi Yardim” ictimai birliyi həyata keçirdiyi “Seçkilər və İnsan Hüquqları” layihəsi çərçivəsində 2009-cu ilin  sentyabr-oktyabr aylarında Lənkəran rayonunun Vilvan, Zövlə, Girdəni, Gərmətük, Kənarmeşə bələdiyyələrində, Astara rayonunun Pensər və Siyaku kəndlərində, Masallı rayonunun Bədəlan və Ərkivan kənd bələdiyyələrində gənclər habelə, yerli bələdiyyə orqanlarının üzvləri və nümayəndələri üçün “Bələdiyyə seçkiləri” mövzusunda görüşlər keçirmişdir. Hər görüşdə 15-20 nəfər insan iştirak edirdi. Görüşlərdə bələdiyyə üzvlərinə və gənclər qruplarına bələdiyyə seçkilərinin mahiyyəti, bu seçkilərdə iştirakın qaydaları, namizədlərin seçkidə iştirakı üçün hüquqi sənədləri hazırlamaq bacarığı və s. barədə ətraflı məlumatlar verilmiş, layihə ilə bağlı çap olunan bülletenlər paylanılmışdır. ardı

 

 
  “Hüquqi Yardım” İB-yi regionda gənclər,  bələdiyyə üzvləri və nümayəndələri ilə görüşlər keçirmişdir

“Hüquqi Yardim” ictimai birliyi həyata keçirdiyi “Seçkilər və İnsan Hüquqları” layihəsi çərçivəsində 2009-cu ilin  sentyabr-oktyabr aylarında Lənkəran rayonunun Vilvan, Zövlə, Girdəni, Gərmətük, Kənarmeşə bələdiyyələrində, Astara rayonunun Pensər və Siyaku kəndlərində, Masallı rayonunun Bədəlan və Ərkivan kənd bələdiyyələrində gənclər habelə, yerli bələdiyyə orqanlarının üzvləri və nümayəndələri üçün “Bələdiyyə seçkiləri” mövzusunda görüşlər keçirmişdir. Hər görüşdə 15-20 nəfər insan iştirak edirdi. Görüşlərdə bələdiyyə üzvlərinə və gənclər qruplarına bələdiyyə seçkilərinin mahiyyəti, bu seçkilərdə iştirakın qaydaları, namizədlərin seçkidə iştirakı üçün hüquqi sənədləri hazırlamaq bacarığı və s. barədə ətraflı məlumatlar verilmiş, layihə ilə bağlı çap olunan bülletenlər paylanılmışdır. ardı

 

 
 

Hüquqi Yardım” İB-yi gənclər, bələdiyyə üzvləri və nümayəndələri, habelə QHT rəhbərləri üçün növbəti 2 seminar -treninq keçirmişdir

“Hüquqi Yardim” ictimai birliyi Milli Demokratiyaya Dəstək Fondu (NED) tərəfindən maliyyələşdirilən “Seçkilər və İnsan Hüquqları” layihəsi çərçivəsində 20 avqust 2009-cu ildə  “Transperency-Azərbaycan” Beynəlxalq Anti-korrupsiya ictimai birliyinin Lənkəran şəhər ofisində, 21 avqust 2009-cu ildə Lənkəran şəhər bələdiyyəsində, rayonun gənclər, müxtəlif yerli bələdiyyə orqanlarının üzvləri və nümayəndələri, habelə QHT rəhbərləri üçün “Bələdiyyə seçkiləri” mövzusunda 1 günlük təlim keçirmişdir. Hər təlimdə 20-dən artıq, ümumilikdə 40 nəfərdən artıq  insan iştirak edirdi. Həyata keçirilən layihənin əsas məqsədi Azərbaycan Respublikasının cənub bölgəsində (Lənkəran, Astara və Masallı rayonları ərazisində) fəaliyyət göstərən yerli bələdiyyə orqanları, ictimai birliklər və bilavasitə insan hüquqları ilə məşğul olan şəxslər üçün bələdiyyə seçkiləri və insan hüquqlarına dair maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, insan hüquqlarının qorunmasının yerli, regional və beynəlxalq mexanizmlərinin tədris olunması və öyrədilməsi, gənc insan hüquq müdafiəçilərinin hazırlanmasıdır. ardı

 

 
  “Hüquqi Yardım” İB-yi yerli bələdiyyə nümayəndələri və QHT rəhbərləri üçün növbəti seminar -treninq keçirmişdir

25 iyul 2009-cu ildə “Hüquqi Yardim” ictimai birliyi Milli Demokratiyaya Dəstək Fondu (NED) tərəfindən maliyyələşdirilən “Seçkilər və İnsan Hüquqları” layihəsi çərçivəsində öz ofisində, rayonun müxtəlif yerli bələdiyyə orqanlarınn nümayəndələri və QHT rəhbərləri üçün “Bələdiyyə seçkiləri” mövzusunda 1 günlük təlim keçirmişdir. Təlimdə 20-dən artıq insan iştirak edirdi. Həyata keçirilən layihənin əsas məqsədi: Azərbaycan Respublikasının cənub bölgəsində (Lənkəran, Astara və Masallı rayonları ərazisində) fəaliyyət göstərən yerli bələdiyyə orqanları, ictimai birliklər və bilavasitə insan hüquqları ilə məşğul olan şəxslər üçün bələdiyyə seçkiləri və insan hüquqlarına dair maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, insan hüquqlarının qorunmasının yerli, regional və beynəlxalq mexanizmlərinin tədris olunması və öyrədilməsi, gənc insan hüquq müdafiəçilərinin hazırlanmasıdır. ardı

 

 
 

“Hüquqi Yardım” İB-yi bölgə gəncləri üçün növbəti seminar -treninq keçirmişdir

11 iyun 2009-cu ildə “Hüquqi Yardim” ictimai birliyi Milli Demokratiyaya Dəstək Fondu (NED) tərəfindən maliyyələşdirilən “İnsan Hüquqlarına dair maarifləndirmə” layihəsi çərçivəsində, Almaniya Tezniki Əməkdaşıq Fondunun (GTZ) bölgə ofisində, Fondun təşəbbüsü ilə bölgə gəncləri üçün “İnsan hüquqları, tarixi və anlayışı” mövzusunda 1 günlük təlim keçirmişdir. Təlimdə 20-dən artıq gənc iştirak edirdi.
Təlimin əsas məqsədi Azərbaycan Respublikasının cənub bölgəsində fəaliyyət göstərən cənclər təşkilatları, ictimai birliklər və bilavasitə insan hüquqları ilə məşğul olan şəxslər, habelə müəllim və tələbələr üçün insan hüquqlarına dair maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, insan hüquqlarının qorunmasının yerli, regional və beynəlxalq mexanizmlərinin tədris olunması və öyrədilməsi, gənc insan hüquq müdafiəçilərinin hazırlanması və onlara şəbəkələşməkdə yardımçı olmaqdır.
ardı

 

 
 

“Hüquqi Yardım” İB-yi Azərbaycanın cənub regionunda fəaliyyət göstərən QHT-lərə insan hüquqları haqqında seminar-treninq keçmişdir

3 iyun 2009-cu ildə “Hüquqi Yardim” ictimai birliyi Milli Demokratiyaya Dəstək Fondu (NED) tərəfindən maliyyələşdirilən “İnsan Hüquqlarına dair maarifləndirmə” layihəsi çərçivəsində, “Şəffaflıq-Azərbaycan” Beynəlxalq Antikorrupsiya İctimai Birliyinin Lənkəran şəhərində yerləşən bölgə ofisində cənub bölgəsini təmsil edən 3-cü sektor nümayəndələri üçün 1 günlük “İnsan Hüquqlarına dair maarifləndirmə” barədə təlim keçmişdir. Təlimdə Lənkəran rayonunda QHT sektorunu təmsil edən 10 nümayəndə iştirak etdi. ardı

 

 
 

“Hüquqi Yardım” İB-yi Lənkəran Dövlət Universitetində növbəti seminar -treninq keçirmişdir

On 13 may 2009-cu ildə “Hüquqi Yardim” ictimai birliyi Milli Demokratiyaya Dəstək Fondu (NED) tərəfindən maliyyələşdirilən “İnsan Hüquqlarına dair maarifləndirmə” layihəsi çərçivəsində, Lənkəran Dövlət Universitetinin müəllimləri üçün yeidən 1 günlük təlim keçirmişdir. Təlimdə 20-dək Universitet müəllimi iştirak edirdi. Təlimin əsas məqsədi Azərbaycan Respublikasının cənub bölgəsində qeyri-kommersiya təşkilatları və insan hüquqları ilə məşğul olan şəxslər, habelə müəllim və tələbələr üçün insan hüquqlarına dair maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, insan hüquqlarının qorunmasının yerli, regional və beynəlxalq mexanizmlərinin tədris olunması və öyrədilməsi, gənc insan hüquq müdafiəçilərinin hazırlanması və onlara şəbəkələşməkdə yardımçı olmaqdır. ardı

 

 
 

“Hüquqi Yardım” İB-yi Lənkəran rayonunda fəaliyyət göstərən QHT-lərə insan hüquqları haqqında seminar-treninq keçmişdir

13 aprel 2009-cu ildə  “Hüquqi Yardim” ictimai birliyi Milli Demokratiyaya Dəstək Fondu (NED) tərəfindən maliyyələşdirilən “İnsan Hüquqlarına dair maarifləndirmə” layihəsi çərçivəsində, özünün Lənkəran şəhərində yerləşən ofisində 3-cü sektor nümayəndələri üçün 1 günlük “İnsan Hüquqlarına dair maarifləndirmə” barədə təlim keçmişdir. Təlimdə Lənkəran rayonunda QHT sektorunu  təmsil edən 15-dək  nümayəndə iştirak etdilər. Təlimin əsas məqsədi Azərbaycan Respublikasının cənub bölgəsində maraqlı təşkilatlar və şəxslər üçün insan hüquqlarına dair maarifləndirmə tədbirinin həyata keçirilməsi, insan hüquqlarının qorunmasının yerli, regional və beynəlxalq mexanizmlərinin tədris olunması və öyrədilməsi, gənc insan hüquq müdafiəçilərinin hazırlanması və onlara şəbəkələşməkdə yardımçı olmaqdır. ardı

 

 
 

“Hüquqi Yardım” İB-yi Lənkəran Dövlət Universitetində seminar-treninq keçirmişdir

10 aprel 2009-cu ildə “Hüquqi Yardim” ictimai birliyi Milli Demokratiyaya Dəstək Fondu (NED) tərəfindən maliyyələşdirilən “İnsan Hüquqlarına dair maarifləndirmə” layihəsi çərçivəsində, Lənkəran Dövlət Universiteti humanitar fakültəsinin tələbələri üçün 1 günlük təlim keçirmişdir. Təlimdə 80-dək tələbə iştirak edirdi. Təlimin əsas məqsədi Azərbaycan Respublikasının cənub bölgəsində qeyri-kommersiya təşkilatları və insan hüquqları ilə məşğul olan şəxslər, habelə tələbələr üçün insan hüquqlarına dair maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, insan hüquqlarının qorunmasının yerli, regional və beynəlxalq mexanizmlərinin tədris olunması və öyrədilməsi, gənc insan hüquq müdafiəçilərinin hazırlanması və onlara şəbəkələşməkdə yardımçı olmaqdır. ardı

 

 
 

“Hüquqi Yardım” İB-yi Masallı şəhərində seminar-treninq keçirmişdir

15 mart 2009-cu ildə  “Hüquqi Yardim” ictimai birliyi Milli Demokratiyaya Dəstək Fondu (NED) tərəfindən maliyyələşdirilən “İnsan Hüquqlarına dair maarifləndirmə” layihəsi çərçivəsində, Masallı şəhərində, “Cənub Xəbərləri” qəzetinin ofisində 3-cü sektor nümayəndələri və vəkillər üçün 1 günlük təlim keçirmişdir. Təlimdə Masallı rayonunu təmsil edən 15-dək  nümayəndə iştirak etdilər. ardı

 

 
 

“Hüquqi Yardım” İB-yi Lənkəran Dövlət Universitetində növbəti seminar - treninq keçirmişdir

25 fevral 2009-cu ildə  “Hüquqi Yardim” ictimai birliyi Milli Demokratiyaya Dəstək Fondu (NED) tərəfindən maliyyələşdirilən “İnsan Hüquqlarına dair maarifləndirmə” layihəsi çərçivəsində, Lənkəran Dövlət Universitetinin humanitar fakültəsinin müəllimləri üçün 1 günlük təlim keçirmişdir. Təlimdə 30-dək  Universitet müəllimi iştirak edirdi. ardı

 

 
 

“İnsan və vətəndaş hüquq və azadlıqlarına dair Bələdçi” kitabının təqdimat mərasimi keçirilmişdir

17 yanvar 2009-cu ildə “Hüququ Yardım” ictimai birliyinin Lənkəran şəhərində yerləşən ofisində Milli Demokratiyaya Dəstək Fondunun (NED) maliyyə yardımı ilə həyata keçirilən “İnsan hüquqlarına dair maarifləndirmə” layihəsi çərçivəsində  nəşr edilən “İnsan və vətəndaş hüquq və azadlıqlarına dair Bələdçi” kitabının  təqdimat mərasimi keçirilmişdir. ardı

 

 
 

“Hüquqi Yardım” İB-yi Lənkəran Dövlət Universitetində daha bir seminar-treninq keçirib

 23 dekabr 2008-ci ildə  “Hüquqi Yardim” ictimai birliyi Milli Demokratiyaya Dəstək Fondu (NED) tərəfindən maliyyələşdirilən “İnsan Hüquqlarına dair maarifləndirmə” layihəsi çərçivəsində, Lənkəran Dövlət Universitetində tələbələr üçün 1 günlük təlim keçirmişdir. Təlimdə 70-dək  tələbə iştirak edirdi.
Təlimin əsas məqsədi Azərbaycan Respublikasının cənub bölgəsində qeyri-kommersiya təşkilatları və insan hüquqları ilə məşğul olan şəxslər, habelə tələbələr üçün insan hüquqlarına dair maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, insan hüquqlarının qorunmasının yerli, regional və beynəlxalq mexanizmlərinin tədris olunması və öyrədilməsi, gənc insan hüquq müdafiəçilərinin hazırlanması və onlara şəbəkələşməkdə yardımçı olmaqdır.
ardı

 

 
 

“Hüquqi Yardım” Ictimai Birliyinin növbəti nəşri: “İnsan və vətəndaş hüquq və azadlıqlarına dair Bələdçi” kitabı çapdan çıxıb

22 dekabr 2008-ci ildə “Hüququ Yardım” ictimai birliyinin Milli Demokratiyaya Dəstək Fondunun (NED) maliyyə yardımı ilə həyata keçirilən “İnsan hüquqlarına dair maarifləndirmə” layihəsi çərçivəsində nəşr edilən “İnsan və vətəndaş hüquq və azadlıqlarına dair Bələdçi” adlı növbəti kitabı çapdan çıxmışdır.
Kitab 4 fəsildən ibarət olmaqla 160 səhifə həcmindədir. Kitab insan və vətəndaş hüquq və azadlıqlarının yerli, regional və beynəlxalq normalarına və onların qorunma mexanizmlərinə həsr olunmuşdur. Kitabda insan hüquqları sahəsində yerli və beynəlxalq qanunvericiliyin praktikada ən çox müraciət edilən normalarının şərhi verilməklə yanaşı, bu normalara aid olan digər qanunvericilik aktları barəsində praktiki materiallar oxucuların diqqətinə təqdim olunmuşdur. ardı

 

 
 

“Hüquqi Yardım” İB-yi  “Beynəlxalq İnsan Hüquqları günü” ilə bağlı tədbir keçirmişdir

 10 dekabr 2008-ci ildə  “Hüquqi Yardim” ictimai birliyi Milli Demokratiyaya Dəstək Fondu (NED) tərəfindən maliyyələşdirilən “İnsan Hüquqlarına dair maarifləndirmə” layihəsi çərçivəsində “Şəffaflıq Beynəlxalq Azərbaycan” Korrupsiyaya qarşı mübarizə İB-nin Lənkəran rayon ofisində “Beynəlxalq İnsan Hüquqları günü” ilə bağlı QHT sektorunun nümayəndələri, hüquqşünaslar və tələbələr üçün təlim keçirmişdir. Təlimdə 3-cü sektoru təmsil edən 20 nəfər nümayəndə iştirak etdilər. Təlimin əsas məqsədi “Ümumdünya İnsan Hüquqları Bəyənaməsi”-nin 60 illiyi ilə əlaqədar iştirakçılara bu mühüm sənəd barədə məlumat vermək, insan hüquqlarının qorunmasının beynəlxalq mexanizmlərini onlara başa salmaq və habelə, Azərbaycan Respublikasının cənub bölgəsində QHT sektorunu təmsil edən insanlar arasından gənc insan hüquq müdafiəçilərinin hazırlanması və onlara hüquqi maarifləndirmə sahəsində yardımçı olmaqdır. ardı

 

 
 

“Hüquqi Yardım” İB-yi Lənkəran Dövlət Universitetində seminar-treninq keçirmişdir

  29 oktyabr 2008-ci ildə  “Hüquqi Yardim” ictimai birliyi Milli Demokratiyaya Dəstək Fondu (NED) tərəfindən maliyyələşdirilən “İnsan Hüquqlarına dair maarifləndirmə” layihəsi çərçivəsində, Lənkəran Dövlət Universitetində tələbələr üçün 1 günlük təlim keçirmişdir. Təlimdə 100-dək  tələbə iştirak edirdi.
  Təlimin əsas məqsədi Azərbaycan Respublikasının cənub bölgəsində qeyri-kommersiya təşkilatları və insan hüquqları ilə məşğul olan şəxslər, habelə tələbələr üçün insan hüquqlarına dair maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, insan hüquqlarının qorunmasının yerli, regional və beynəlxalq mexanizmlərinin tədris olunması və öyrədilməsi, gənc insan hüquq müdafiəçilərinin hazırlanması və onlara şəbəkələşməkdə yardımçı olmaqdır. ardı

 

 
 

“Hüquqi Yardım” İB-yi Astara  şəhərində daha bir seminar-treninq keçirmişdir

  27 oktyabr 2008-ci ildə  “Hüquqi Yardim” ictimai birliyi Milli Demokratiyaya Dəstək Fondu (NED) tərəfindən maliyyələşdirilən “İnsan Hüquqlarına dair maarifləndirmə” layihəsi çərçivəsində, Astara şəhərində, 3-cü sektor nümayəndələri, vəkillər və hüquq-mühafizə orqanları əməkdaşları üçün 1 günlük təlim keçirmişdir. Təlimdə Astara rayonunu təmsil edən 30-dək  nümayəndə iştirak etdilər.
   Təlimin əsas məqsədi Azərbaycan Respublikasının cənub bölgəsində yerləşən Astara rayonunda maraqlı təşkilatlar və şəxslər üçün insan hüquqlarına dair maarifləndirmə tədbirinin həyata keçirilməsi, insan hüquqlarının qorunmasının yerli, regional və beynəlxalq mexanizmlərinin tədris olunması və öyrədilməsi, gənc insan hüquq müdafiəçilərinin hazırlanması və onlara şəbəkələşməkdə yardımçı olmaqdır. ardı

 

 
 

“Hüquqi Yardım” İB-yi Astara şəhərində seminar-treninq keçirmişdir

 13 sentyabr 2008-ci ildə “Hüquqi Yardim” İctimai Birliyi Milli Demokratiyaya Dəstək Fondu (NED) tərəfindən maliyyələşdirilən “İnsan Hüquqlarına dair maarifləndirmə” layihəsi çərçivəsində, Astara şəhərində, 3-cü sektor nümayəndələri, vəkillər və hüquq-mühafizə orqanları əməkdaşları üçün 1 günlük təlim keçirmişdir. Təlimdə Astara rayonunu təmsil edən 30-dək nümayəndə iştirak etdilər.
  Təlimin əsas məqsədi Azərbaycan Respublikasının cənub bölgəsində yerləşən Astara rayonunda maraqlı təşkilatlar və şəxslər üçün insan hüquqlarına dair maarifləndirmə tədbirinin həyata keçirilməsi, insan hüquqlarının qorunmasının yerli, regional və beynəlxalq mexanizmlərinin tədris olunması və öyrədilməsi, gənc insan hüquq müdafiəçilərinin hazırlanması və onlara şəbəkələşməkdə yardımçı olmaqdır. ardı
 

 

 
 

  “Hüquqi Yardım” İB-yi Masallı şəhərində seminar-treninq keçirmişdir

 07 sentyabr 2008-ci ildə  “Hüquqi Yardim” ictimai birliyi Milli Demokratiyaya Dəstək Fondu (NED) tərəfindən maliyyələşdirilən “İnsan Hüquqlarına dair maarifləndirmə” layihəsi çərçivəsində, Masallı şəhərində, 3-cü sektor nümayəndələri, vəkillər və hüquq-mühafizə orqanları əməkdaşları üçün 1 günlük təlim keçirmişdir. Təlimdə Masallı rayonunu təmsil edən 20-dək  nümayəndə iştirak etdilər.

Təlimin əsas məqsədi Azərbaycan Respublikasının cənub bölgəsində yerləşən Masallı rayonunda maraqlı təşkilatlar və şəxslər üçün insan hüquqlarına dair maarifləndirmə tədbirinin həyata keçirilməsi, insan hüquqlarının qorunmasının yerli, regional və beynəlxalq mexanizmlərinin tədris olunması və öyrədilməsi, gənc insan hüquq müdafiəçilərinin hazırlanması və onlara şəbəkələşməkdə yardımçı olmaqdır. ardı

 
 

 

 

 “Hüquqi Yardım” İB-yi “Şəffaflıq Beynəlxalq Azərbaycan” Korrupsiyaya qarşı mübarizə İB-nin Lənkəran rayon ofisində “Avropa Məhkəməsinə müraciət etmə qaydaları” barədə təlim keçirmişdir
 

 
 

14 aprel  2008-ci ildə  “Hüquqi Yardim” ictimai birliyi Milli Demokratiyaya Dəstək Fondu (NED) tərəfindən maliyyələşdirilən “İnsan Hüquqlarının qorunması və Sivil Cəmiyyətin qurulması” layihəsi çərçivəsində “Şəffaflıq Beynəlxalq Azərbaycan” Korrupsiyaya qarşı mübarizə İB-nin Lənkəran rayon ofisində “Avropa  İnsan Hüquqları Məhkəməsinə müraciət etmə qaydaları” barədə QHT sektorunun nümayəndələri, hüquqşünaslar və tələbələr üçün təlim keçirmişdir. Təlimdə 3-cü sektoru təmsil edən 20 nəfər nümayəndə iştirak etdilər. ardı

 

 
  “Hüquqi Yardım” İB-yi Lənkəran Dövlət Universitetində və “Şəffaflıq-Azərbaycan” təşkilatının Lənkəran ofisində qeyri- kommersiya hüququ barədə təlim keçirmişdir  
 

 “Hüquqi Yardim” ictimai birliyi Milli Demokratiyaya Dəstək Fondu tərəfindən maliyyələşdirilən “İnsan Hüquqlarının qorunması və Sivil Cəmiyyətin qurulması” layihəsi çərçivəsində 2008-ci ilin 23-27 fevral tarixlərində  Lənkəran Dövlət Universitetində humanitar və filologoya fakultəsinin tələbələri üçün, 25 fevral 2008-ci ildə isə “Şəffaflıq-Azərbaycan” təşkilatının ofisində cənclər təşkilatlarının üzvləri üçün qeyri-kommersiya hüququ barədə təlim keçirmişdir. Təlimlərdə Lənkəran Dövlət Universitetinin 60 nəfər tələbəsi və gənclər təşkilatlarını təmsil edən 20-dən yuxarı gənc iştirak edirdi. ardı

 
 
 

 "Qeyri-kommersiya təşkilatlarına dair Bələdçi" kitabının təqdimat mərasimi keçirilib

24  yanvar 2008-ci ildə "Hüququ Yardım" ictimai birliyinin Lənkəran şəhərində yerləşən ofisində Milli Demokratiyaya Dəstək Fondunun (NED) maliyyə yardımı ilə həyata keçirilən "Vətəndaş Cəmiyyətinin qurulması və insan hüquqlarının qorunması" layihəsi çərçivəsində  nəşr edilən "Qeyri-kommersiya təşkilatlarına dair Bələdçi" kitabının təqdimat mərasimi keçirilmişdir. ardı
 

 

 

 
Tərəfdaş bələdiyyə ərazisində növbəti tədbir


08.08.07 tarixində "Hüquqi Yardım" ictimai birliyi Couterpart İnternational Təşkilatının Vətəndaş İştirakçılığının proqrami çərçivəsində Cil kənd bələdiyyəsi ərazisində yaşayan vətəndaşlarla görüş keçirilmişdir. Görüş iştirakçıları kəndin müxtəlif təbəqələrini təmsil edən ziyalılar, ağsaqqallar və gənclərdən ibarət idi. ardı
 

 

 
 

"Hüquqi Yardım" İB-yi Lənkəran regionunda fəaliyyət göstərən QHT-ləri bir araya topladı

08 Sentyabr 2007-ci il tarixində "Hüquqi Yardım" ictimai birliyi Lənkəran rayonunda fəaliyyət göstərən əksər QHT nümayəndələrini bir araya toplayaraq regionda 3-cü sektorun inkişafını ləngidən məsələləri müzakirə etmək və gələcəkdə problemlərin həlli istiqamətində birgə fəaliyyətlərin planlaşdırılması məqsədi ilə dəyirmi masa təşkil etmişdir. ardı
 

 
 

"Narkomiya və zərərin azaldılması proqramı" ilə bağlı seminar

11 Avqust 2007-ci ildə "Hüquqi Yardım" ictimai birliyi öz ofisində Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun "Lənkəran rayonunda narkomaniya və zərərin azaldılması üzrə Hüquq Klinaksının təşkili" layihəsi çərçivəsində "Narkomaniya və zərərin azaldılması" adlı seminar keçirmişdir. Seminarda Lənkəran rayonunda fəaliyyət göstərən 15 QHT nümayyəndəsi iştirak etdi. ardı

 
 

"Hüquqi Yardım" İB-yi Lənkəran Dövlət Universitetində təlim keçirmişdir

19 oktyabr 2007-ci ildə "Hüquqi Yardim" ictimai birliyi Milli Demokratiyaya Dəstək Fondu tərəfindən maliyyələşdirilən "İnsan Hüquqlarının qorunması və Sivil Cəmiyyətin qurulması" layihəsi çərçivəsində Lənkəran Dövlət Universitetində humanitar fakultə tələbələri üçün təlim keçirmişdir. Təlimdə Lənkəran Dövlət Universitetinin 80 nəfər tələbəsi iştirak etdilər. ardı
 

 
 

 Layihə ərizələrinin hazırlanması ilə bağlı tədbir

23 – 25 iyul 2007 – ci il tarixlərində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə Counterpart İnternational Təşkilatı tərəfindən həyata keçirilən Vətəndaş Cəmiyyəti Layihəsi çərçivəsində Lənkəranda "Hüquqi Yardım" İctimai Birliyinin resurs mərkəzinin konfrans zalında "Layihə planlaşdırılması və layihə ərizələrinin hazırlanması"na dair 3 günlük təlim keçirilmişdir. ardı

 
 

Cil kənd bələdiyyəsində layihə uğurla başa çatmışdır.

2007-ci ilin avqust ayından başlayaraq "Hüquqi Yardım" ictimai birliyi tərəfdaş bələdiyyə kimi seçdiyi Lənkəran rayonu Cil kənd bələdiyyəsinin ərazisində Vətəndaş cəlbi komponenti üzrə layihə həyata keçirirdi.
Layihə üzrə Cil kəndində vətəndaşlarla, bələdiyyə və dövlət orqanlarının dialoqu üçün təkliflər qutusunun qoyulması, bələdiyyə bülletenlərinin buraxılması kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulurdu. ardı
 

 
 

"Hüquqi Yardım" İB-yi yeni layihənin icrasına başlamışdır

"Hüquqi Yardim" ictimai birliyi Milli Demokratiyaya Dəstək Fondu tərəfindən maliyyələşdirilən "İnsan Hüquqlarının qorunması və Sivil Cəmiyyətin qurulması" layihəsini həyata keçirməyə başlamışdır.
Layihənin əsas məqsədi: Azərbaycan Respublikasının cənub bölgəsində; Lənkəran, Masallı və Astara rayonlarında QHT sektorunun gücləndirilməsi, onlara qanunvericilik sahəsində ətraflı köməklik göstərilməsi, gənclərin 3-cü sectora cəlb olunması, gənc insan hüquq müdafiəçilərinin hazırlanması və onlara şəbəkələşməkdə yardımçı olmaqdır. ardı

 
 

 "Hüquqi Yardım" İB-yi Astara şəhərində seminar-treninq keçirmişdir

15.09.07 tarixində "Hüquqi Yardim" ictimai birliyi Milli Demokratiyaya Dəstək Fondu tərəfindən maliyyələşdirilən "İnsan Hüquqlarının qorunması və Sivil Cəmiyyətin qurulması" layihəsi çərçivəsində Cənub QHT-ləri arasında ilk dəfə olaraq, Astara şəhərinin Regional Kitabxana mərkəzində 3-cü sektor nümayəndələri üçün 1 günlük təlim keçirmişdir. Təlimdə Astara rayonunda fəaliyyət göstərən 20-dək QHT və media nümayəndələri iştirak etdilər. ardı

 
 

 "Hüquqi Yardım" İB-yi Masallı şəhərində seminar-treninq keçirmişdir

07 oktyabr 2007-ci ildə "Hüquqi Yardim" ictimai birliyi Milli Demokratiyaya Dəstək Fondu tərəfindən maliyyələşdirilən "İnsan Hüquqlarının qorunması və Sivil Cəmiyyətin qurulması" layihəsi çərçivəsində Cənub QHT-ləri arasında ilk dəfə olaraq, Masallı şəhərində, "Cənub xəbərləri" qəzetinin ofisində 3-cü sektor nümayəndələri üçün 1 günlük təlim keçirmişdir. Təlimdə Masallı rayonunda fəaliyyət göstərən 20-dək QHT və media nümayəndələri iştirak etdilər. ardı
 

 

 
 

 

 
     
     
 
 Ana səhifə |  Haqqımızda | Layihələr | Qanunlar | Uğur hekayələri | Tərəfdaşlar | Xəbərlər | Nəşrlər | Qalereya | Əlaqə
 Copyright 2007. "Hüquqi Yardım" İB - Bütün hüquqları qorunur
Dizayn CMedia Design Group