"HÜQUQİ YARDIM"

ictimai birlik

 

Hüquq ədalətin təntənəsinə çevriləndə güclü olur!

 
     

Əsas menyu

   Ana səhifə
 
 Haqqımızda
   Layihələr
 
 Qanunlar
 
 Uğur hekayələri
 
 Tərəfdaşlar
 
 Xəbərlər
 
 Nəşrlər
 
 Galeyera
   Əlaqə
 

Faydalı linklər


 

 

Sayğac


Locations of visitors to this page

 
 

 

"Hüquqi Yardım" ictimai birliyi haqqında

"Hüquqi Yardım" ictimai birliyi 2003-ü ilin iyun ayında Lənkəran şəhərində bir qrup həmfikir hüquqşünas tərəfindən təsis edilmişdir. Birlik 2004-cü il iyulun 31-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatına alınaraq, 1104-Q2-1605 saylı şəhadətnamə almışdır. Birlik qeyri-dövlət, qeyri-kommersiya, qeyri-siyasi təşkilatdır. Yarandığı vaxtdan "Hüquqi Yardım" ictimai birliyinin sədri İlqar Manaf oğlu Qasımovdur.
"Hüquqi Yardım" ictimai birliyi öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, "Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanunu, digər qanunvericilik aktları və təsdiq olunmuş Nizamnaməsi əsasında həyata keçirir.


Birliyin missiyası: Azərbaycanda demokratik, hüquqi dövlətin bərqərar olmasına, vətəndaş cəmiyyətinin formalaşmasına nail olmaq, insan hüquq və azadlıqlarının qorunmasına yardım göstərməkdir.


Birliyin vəzifələri: Demokratik dəyərlərin təbliğ edilməsinə, əhalinin siyasi və hüquqi biliklərinin artırılmasına, azad və ədalətli seçkilərin keçirilməsinə yardımçı olmaq, yerli özünüidarəetmənin inkişafına dəstək vermək, insanların hüquqi maarifləndirilməsidir.


Bunlara nail olmaq üçün "Hüquqi Yardım" ictimai birliyi Lənkəran rayonunda bir çox tədbirlər, o cümlədən seminar-treninqlər keçirmiş, əhalinin aztəminatlı təbəqələrinə, şəhid, əlil, hərbçi ailələrinin üzvlərinə, təqaüdçülərə və əmək, müharibə veteranlarına, qadınlara və gənclərə təmənnasız hüquqi yardımlar göstərmişdir.


Birlik O.Mirzəyev adına Lənkəran şəhər uşaq evinin rəhbərliyi ilə niyyət protokolu və müqavilə imzalayaraq, uşaq evinin bütün hüquqi problemlərinin həll edilməsini 5 (beş) il müddətinə öz öhtəsinə götürmüşdür. Eyni zamanda Lənkəran Dövlət Universitetində və Lənkəran şəhər uşaq evində, həmçinin rayonun ona yaxın orta məktəblərində uşaq hüquqları, insan hüquqları və onların qorunması, seçki hüququ barədə maarifləndirici seminarlar təşkil etmişdir.


"Hüquqi Yardım" ictimai birliyi, Azərbaycan Hüquqçular Assosiasiyasının və Azərbaycan Hüquqşünaslar Forumunun üzvüdür.
Birliyin sədri Azərbaycanda yenicə yaradılmış "Xilas" insan alverinə qarşı əlaqələndirmə şurasının üzvü və 6 nəfərdən ibarət təşkilat komitəsinin sədr müavinidir.


Birlik bir çox Beynəlxalq təşkilatlar və Fondlarla əlaqələr qurmuş, onlarla birgə layihələr həyata keçirmişdir. Həmçinin birlik üzvləri bir çox seminarlarda iştirakına görə sertifikatlarla mükafatlandırılmışlar. Birlik üzvləri bir neçə xarici dövlətlərdə (ABŞ, Rusiya, Polşa, Gürcüstan) keçirilmiş proqramlarda iştirak etmişlər. Birliyin sədri İ. Qasımov 2005-ci ilin sentyabrında 21 gün müddətində ABŞ-da keçirilmiş "Vətəndaş və insan hüquqlarının qorunması və dəstəklənməsi" proqramında iştirak etmişdir.
 


 

 
 
 Ana səhifə |  Haqqımızda | Layihələr | Qanunlar | Uğur hekayələri | Tərəfdaşlar | Xəbərlər | Nəşrlər | Qalereya | Əlaqə
 Copyright 2007. "Hüquqi Yardım" İB - Bütün hüquqları qorunur
Dizayn CMedia Design Group